“Qarabağ”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Moldovanin “Şerif” klubu olacaq. Moldovalılar I təsnifat mərhələsində Lüksemburqun “Fola Eş” klubunu 2:0 hesabı ilə məğlub ediblər.
“Qarabağ”-“Şerif” qarşılaşması avqustun 26-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.
Görüşün baş hakimi qazaxıstanlı Furkat Atajanov olacaq. Ona yan xətt hakimləri Sergey Kalaçyov və Darhan Tulegenov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Qrigori Moskovçenko yerinə yetirəcək.