“Bavariya” tarixində 11-ci dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb

A- A A+

Avqustun 19-da UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniyanın “Bavariya” klubu Fransanın “Lion” komandası ilə qarşılaşıb.

Portuqaliyanın paytaxtı Lissabondakı “Eştadiu Joze Alvalade” stadionunda keçirilən görüş “Bavariya” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda münxenlilərin heyətində Serj Qnabri (2) və Robert Levandovski fərqləniblər.

Beləliklə, “Bavariya” qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşündə Almaniyanın “Leyptsiq” klubunu 3:0 hesabı ilə məğlub edən Fransanın PSJ komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, “Bavariya” tarixində 11-ci dəfə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb və onlardan beşində qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: