DÇ-2018: Bu gün 1/4 final mərhələsinə start veriləcək

A- A A+

Futbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək.

NUHÇIXAN-ın məlumatına görə, əvvəlcə Uruqvay və Fransa yığmaları üz-üzə gələcəklər.

Uruqvay 1/8 finalda Portuqaliyanı 2:1, Fransa isə Argentinanı 4:3 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar.

Uruqvay və Fransa bu vaxta qədər 9 dəfə üz-üzə gəliblər. 9 oyunun 3-də Uruqvay millisi qələbə qazanıbsa, fransızlar yalnız 1 dəfə rəqibini məğlub edə bilib. 4 qarşılaşma isə heç-heçə başa çatıb.

Komandalar dünya çempionatları tarixində üç dəfə qarşılaşıblar. Uruqvay 1966-cı il mundialında qrup mərhələsində rəqibini 2:1 hesabı ilə məğlub edib. 2002 və 2010-cu ildə dünya çempionatlarında da eyni qrupda mübarizə aparan komandaların dueli qolsuz bərabərliklə yekunlaşıb. Fransa dünya çempionatlarında Uruqvayla üç dəfə eyni qrupda mürazə aparıb və heç birində növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Günün digər matçında isə Belçika və Braziliya münasibətlərinə aydınlıq gətirəcək.

Braziliya 1/8 finalda Meksikanı 2:0, Belçika isə Yaponiyanı 3:2 hesabı ilə məğlub edib. Bu komandalar dünya çempionatları tarixində ikinci dəfə üz-üzə gələcək. 2002-ci il mundialının 1/8 finalında Braziliya rəqibini 2:0 hesabı ilə üstələyib. Belçika dünya çempionatlarında Cənubi Amerika təmsilçiləri ilə 4 dəfə qarşılaşıb və bu matçların 3-də məğlub olub. Braziliya isə son üç mundialda Avropa təmsilçilərinə uduzaraq mübarizəni dayandırıb.

DÇ-2018

1/4 final

6 iyul

18:00. Uruqvay - Fransa

Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Alireza Faqani (İran).

Nijni Novqorod. “Nijni Novqorod” stadionu.

22:00. Braziliya - Belçika

Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ).

Kazan. “Kazan Arena”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: