NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunda keçirilən və 2 gün davam edən şahmat üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
Şahmat Federasiyasının təşkilatçılığı ilə Şahmat məktəbində reallaşan birinciliyin 2-ci günündə qalib komandalar bəlli olub. 8 komandanın mübarizə apardığı görüşdə ümumtəhsil məktəblərinin kiçik yaşlı şahmatçıları iştirak edib. Yekun nəticələrə əsasən Naxçıvan şəhər təmsilçiləri I, Ordubad rayonunun təmsilçiləri II, Babək şahmatçıları isə III yerin qalibi olublar.
Sonda yer tutan komandalara medal, kubok və diplomlar təqdim olunub.
Əli Məmmədov