Yeni mövsüm üçün hazırlıqları davam etdirən İstanbulun “Beşiktaş” klubu braziliyalı müdafiəçi Velinton Souza Silvanın transferini başa çatdırıb.
NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadla xəbər verir ki, 31 yaşlı futbolçu ilə 2023-cü ilədək qüvvədə olan müqavilə imzalanıb.
Türkiyə Super Liqasında 2017-2018-ci il mövsümündə “Alanyaspor” klubunun heyətində debüt edən müdafiəçi ötən mövsüm 27 rəsmi oyunda 3 qol vurub.
İstanbul təmsilçisi Velintondan daha əvvəl onun komanda yoldaşı Fabrise Nsakalayı və “Kayserispor”dan Bernard Mensahı heyətinə qatmışdı.