Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası ikinci qələbəsini qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Niderland yığması üzərində qələbədən sonra (3,5:2,5) şahmatçılarımız Macarıstan komandasını böyük hesabla məğlub ediblər. Şahmatçılarımızdan Teymur Rəcəbov, Rauf Məmmədov, Günay Məmmədzadə, Xanım Balacayeva rəqiblərinə qalib gəliblər, Gülnar Məmmədova, Vüqar Əsədli isə heç-heçə ediblər. Qeyd edək ki, T.Rəcəbov, G.Məmmədzadə və X.Balacayeva Niderland yığması ilə görüşlərdə də qələbəyə imza atıblar. Komandamız bu gün sonuncu oyununu Cənubi Afrika Respublikasının yığmasına qarşı aparacaq.