“Fənərbağça” 29 yaşlı yarımmüdafiəçisi ilə yollarını ayırıb

A- A A+

Türkiyənin “Fənərbağça” futbol klubu yarımmüdafiəçisi Alper Potukla yolları ayırıb.

NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçunun 2022-ci ilin iyununda başa çatmalı olan müqaviləsi vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Alper Potuk 2013-cü ildə “Eskişehirspor”dan “Fənərbağça”ya transfer olunub.

Xatırladaq ki, “Qarabağ” qışda A.Potuku transfer etmək istəyib, ancaq maliyyə məsələlərində razılıq əldə olunmadığı üçün bu məsələ reallaşmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: