Avqustun 22-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-2021-ci il mövsümünün birinci turunun növbəti oyunu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun ikinci oyun günündə son çempion “Qarabağ” öz meydanında “Sabah” komandasını qəbul edib.
“Azərsun Arena” stadionunda baş tutan görüşdə “Qarabağ” 2:0 qələbəsi ilə qalib gəlib.
Oyunda hər iki qolun müəllifi Mahir Əmrəli (45, 68) olub.
Qeyd edək ki, turun ilk oyun günündə "Keşlə" səfərdə "Sumqayıt"ı minimal hesabla üstələyib - 1:0.
“Neftçi” isə öz meydanında “Səbail”dən üstün olub - 2:1.
Avqustun 23-də "Qəbələ" - "Zirə" oyunu ilə birinci tura yekun vurulacaq.