“Neftçi” klubu iştirak ərizəsini UEFA-ya təqdim edib

A- A A+

Bakının “Neftçi” futbol klubu Avropa Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” komandası ilə keçirəcəyi oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi kluba istinadən xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 12-ü yarımmüdafiəçi, 2-si isə hücumçudur.

Heyətdə qapıçılar - Səlahət Ağayev, Kamran İbrahimov, Aqil Məmmədov, müdafiəçilər - Cabir Əmirli, Mamadu Mbodj, Rener Alves De Souza, Anton Krivotsyuk, Voislav Stankoviç, Ömər Buludov, Tallison Dias, yarımmüdafiəçilər - Namik Ələskərov, Emin Mahmudov, Saman Nərimancahan, Fəhmin Muradbəyli, Yusuf Laval, Fərid Yusifli, Stiven Jozef-Monroz, Sabir Buqrin, Mamadu Kane, Vüsal Əsgərov, Əli Mürsəlov, İsmayıl Zülfüqarlı, hücumçular - Mirabdulla Abbasov və İbrahim Əliyev yer alıblar.

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: