XXXII Ümumdünya Yay Universiadasının büdcəsi artırılıb

A- A A+

2023-cü ildə Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının büdcəsi artırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, universiadanın büdcəsi 64 milyard rubldan çox təşkil edəcək. Bundan əvvəl “Universiada-2023”ün büdcəsi 58,6 milyard rubl idi.

Növbəti - XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: