Fransanın “Paris Sen-Jermen” futbol klubundan ayrılan braziliyalı Tiaqo Silva İngiltərənin “Çelsi” komandasına keçməyə yaxındır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, London təmsilçisi artıq 35 yaşlı müdafiəçi ilə razılıq əldə edib. “Zadəganlar”ın braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, Braziliya millisinin üzvü 2012-ci ildən Paris təmsilçisində çıxış edirdi.