Çimərlik futbolu üzrə muxtar respublika çempionatında dörddəbir final mərhələsinə start verilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı və “Arazbet”in baş sponsorluğu ilə keçirilən çempionatda bu dəfə meydanda 1/4 final mərhələsinə yüksələn komandalar qarşılaşıblar. “Şahinlər”  və “Antiinhisar” komandaları arasında gedən ilk  görüş “Şahinlər” komandasının böyük hesablı (9-1) qələbəsi ilə yekunlaşıb.

Daha sonra, “Panter” və “Prestij” komandalarının gərgin keçən oyununda üstün oyun sərgiləyən “Panter” komandası rəqib üzərində  8-4 hesablı qələbə qazanıb.

Günün son duelində isə “Badamlı” komandası ilə “Hava Limanı” komandaları qarşılaşıb. Mübarizəli keçən qarşılaşmada “Badamlı” komandası  (4-3) minimal hesablı qələbəyə sevinib.

Qeyd edək ki, 1/4 final mərhələsinin son görüşündə meydana “Aralıq” və Naxçıvan Dövlət Universitetinin komandaları çıxacaq.

 Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: