Sentyabrın 12-13-də Bakı Su İdmanı Sarayının ərazisində stronqmen üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Stronqmen Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunmuş karantin qaydalarına uyğun keçiriləcək yarışdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçəcək. Bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin hərarəti ölçüləcək, xüsusi dezinfeksiyaedici məhlullardan istifadə olunacaq. Yarış tibbi maskadan istifadə və ara məsafəsi gözlənilməklə açıq havada təşkil olunacaq.
Üç hərəkət və 4 çəki dərəcəsi – 80, 95, 110 kiloqram və 110 kiloqramdan yuxarı təşkil olunacaq ölkə birinciliyinin baş hakimi beynəlxalq dərəcəli hakim Eldar Məmmədov olacaq.
Qaliblər ASF tərəfindən medal və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.