PSJ və “Lens” komandaları arasında keçiriləcək Fransa çempionatının ikinci tur matçı təxirə salınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qərar Paris təmsilçisinin tələbinə əsasən qəbul edilib. Belə ki, PSJ “Lens” və yayımçı telekanalla ortaq qərara gəlib.
Qeyd edək ki, daha əvvəl avqustun 29-na təyin edilən “Lens”-PSJ matçı sentyabrın 10-da baş tutacaq.