Millimizin Lüksemburq və Kiprlə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb

A- A A+

Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə rəqib meydanında Kipr milli komandası ilə qarşılaşacaq. Oyunlara hazırlıq məqsədilə avqustun 27-də təlim-məşq toplanışına başlayacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, baş məşqçi Canni De Byazi hazırlıq prosesinə 26 futbolçu çağırıb.

Heyətdə qapıçılar - Emil Balayev ("Qarabağ"), Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Mehti Cənnətov ("Sumqayıt"), müdafiəçilər - Maksim Medvedev ("Qarabağ"), Ömər Buludov ("Neftçi"), Bədavi Hüseynov ("Qarabağ"), Abbas Hüseynov ("Qarabağ"), Anton Krivotsyuk ("Neftçi"), Təmkin Xəlilzadə ("Sabah"), Adil Nağıyev ("Sabail"), Amin Seydiyev ("Sabah"), Bəhlul Mustafazadə ("Sabah"), Elvin Bədəlov ("Sumqayıt"), Şəhriyar Əliyev ("Keşlə"), yarımmüdafiəçilər - Qara Qarayev ("Qarabağ"), İsmayıl İbrahimli ("Qarabağ"), Eddi İsrafilov ("Albesete", İspaniya), Emin Mahmudov ("Neftçi"), Rəhman Hacıyev ("Keşlə"), Rəhim Sadıxov ("Sumqayıt"), Elvin Camalov ("Zirə"), Əmir Ağayev ("Atromitos", Yunanıstan), hücumçular - Mahir Emreli ("Qarabağ"), Araz Abdullayev (klubsuz), Ramil Şeydayev ("Sabah") və Renat Dadaşov ("Qrashopers", İsveçrə) yer alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: