İngiltərənin “Lester” futbol klubu hücumçusu Ceymi Vardi ilə müqaviləni uzadıb.
NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi saytına istinadla xəbər verir ki, 33 yaşlı hücumçunun yeni sözləşməsi 2023-cü ilin yayınadəkdir.
Qeyd edək ki, 2012-ci ildən “Lester”də çıxış edən Vardi son mövsüm Premyer Liqanın bombardiri olub. O, 35 oyuna 23 qol vurub.