"Sumqayıt" bu gün avrokuboklarda debüt edir

A- A A+

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində daha 45 görüş keçiriləcək. Yarışın son oyun günündə "Sumqayıt" futbol klubu da mübarizəyə qoşulacaq.

Sumqayıtın yeganə futbol komandası avqustun 27-də ilkə imza atacaq. "Gənclik şəhəri"nin klubu avrokuboklardakı debüt oyununda Şimali Makedoniyanın "Şkendiya" komandası ilə qarşılaşacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Kapital Bank Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Matçı qazaxıstanlı hakim Arman Esmuratov idarə edəcək. Ona həmyerliləri Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan kömək edəcək. Oyun “İdman TV”də canlı yayımlanacaq.

Qeyd edək ki, bu gün "Sumqayıt"la yanaşı, "Neftçi" və "Keşlə" komandaları da cari mövsüm avrokuboklarda ilk oyunlarını keçirəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: