Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa millisi ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə avqustun 28-dən etibarən təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, heyətdə Kamran İbrahimov (“Neftçi”), Şahin Zəkiyev (“Səbail”), Nicat Mehbalıyev (“Sabah”), Rauf Hüseynli (“Qarabağ”), Turan Manafov (“Səbail”), Mert Çelik (“Başakşehir”, Türkiyə), Nihad Tamazov (“Qarabağ”), Arsen Ağcabəyov (“Sabah”), Emre Kaplan (“Başakşehir”, Türkiyə), İdris İnqilablı (“Qəbələ”), Turan Vəlizadə (“Keşlə”), Hacıağa Hacılı (“Zirə”), Fərid Nəbiyev (“Viktoriya Jijkov”, Çexiya), Samir Məhərrəmli (“Sabah”), Rövlan Muradov (“Qəbələ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Toral Bayramov (“Qarabağ”), Rüfət Abdullazadə (“Sumqayıt”), Elvin Cəfərquliyev (“Qarabağ”), Ozan Can Kökcü (“Sabah”), Süleyman Əhmədov (“Sumqayıt”) və Muhammed Mustafa Yıldırım (“Alanyaspor”, Türkiyə) yer alıblar.
Qeyd edək ki, Azərbaycan-Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.