Ümumdünya Şahmat Olimpiadasının dörddəbir finalının oyunları başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan komandası bu mərhələdə Polşa yığması ilə mübarizə aparacaq.
Millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Dörddəbir finalın digər oyunlarında Rusiya Macarıstan, ABŞ Ukrayna, Hindistan Ermənistanla qarşılaşacaq.