NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının rayon bölməsinin və Uşaq-Gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb. Lichess.org saytı vasitəsilə onlayn yoldaşlıq görüşü Kəngərli şahmatçıları ilə “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şahmatçıları arasında keçirilib.
Yarışda hər komandada 4 oğlan, 2 qız olmaqla, ümumilikdə 12 dərəcəli şahmatçı iştirak edib. Şveninqen sistemi ilə keçirilən yarış 1 saat 10 dəqiqə davam edib.
Onlayn qaydada keçirilən yarışın yekun nəticələrinə əsasən, Lənkəran şahmatçıları qalib gəlib.
Əli Məmmədov