Sədərək və Balakən şahmatçıları arasında yoldaşlıq görüşü bərabərliklə bitib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının rayon bölməsinin, Şahmat məktəbi və Balakən Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb. Lichess.org saytı vasitəsilə keçirilən onlayn yoldaşlıq görüşünün məqsədi məktəblilərin yay tətili dövründə asudə vaxtlarını səmərəli təşkil etmək, şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarət olub.

Yarışda hər komandada 4 oğlan, 2 qız olmaqla, ümumilikdə 12 dərəcəli şahmatçı iştirak edib. Biltis sistemi ilə keçirilən yarış 1 saat 10 dəqiqə davam edib.

Onlayn qaydada keçirilən yarışın yekun nəticələrinə əsasən, oyun bərabərliklə bitib.

                                                                  Əli Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: