Atıcılığın “Tir” növü üzrə muxtar respublika açıq birinciliyi keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində həyata keçirilən birincilik Gənclər və İdman Nazirliyi, Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. “Tir” atıcılığı idman növünün kütləviliyinə nail olunması məqsədi daşıyan mübarizədə muxtar respublikanın şəhər, rayon, atıcılıq idman klubları və hüquq mühafizə orqanlarının komandaları iştirak ediblər. 28 iştirakçının qalib olmaq uğrunda apardığı mübarizədə hər komanda üzvünə 10 atış şansı verilib. Yekun nəticəyə əsasən, hədəfə daha dəqiq nişan alan Mahmud Vəliyev 75 xalla I, Sərxan Abdullayev 69 xalla II, İsmayıl İmanov isə 68 xalla III yerin sahibi olub.

Sonda yer tutan idmançılara təşkilatçılar tərəfindən diplom və kuboklar  təqdim edilib.

                                                                   Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: