Ağırlıqqaldırma üzrə Avropa çempionatı 2021-ci ilə təxirə salınıb

A- A A+

Moskvada bu il keçirilməsi nəzərdə tutulan ağırlıqqaldırma üzrə Avropa çempionatı 2021-ci ilə təxirə salınıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) birinci vitse-prezidenti Serqey Sırtsov məlumat verib.

Qeyd edək ki, qitə çempionatının bu ilin aprelində keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq koronavirus pandemiyası səbəbindən oktyabrın sonu - noyabrın əvvəlinə təxirə salınmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: