Azərbaycan millisinin bədii gimnastika üzrə Avropa çempionatında iştirakı nəzərdə tutulub

A- A A+

Azərbaycan millisinin Kiyevdə keçiriləcək 36-cı bədii gimnastika üzrə Avropa çempionatında iştirakı nəzərdə tutulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilkin müraciətə əsasən ölkəmizi 13 idmançı təmsil edəcək. Səkkiz gimnastımız böyüklər yaş qrupunda, beş idmançı isə yeniyetmələr kateqoriyasında çıxış edəcək.

Qeyd edək ki, Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatının noyabrın 26-29-da keçirilməsi planlaşdırılır. Qitə birinciliyinin keçirilməsi ilə bağlı yekun qərarın sentyabrın sonunda verilməsi nəzərdə tutulub.

Bu günə qədər 39 ölkənin nümayəndəsi iştirak üçün müraciət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: