Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə keçirilən yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər birinciliyi başa çatıb.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Boks Federasiyasının birgə təşkil etdiyi birincilikdə 18 çəki dərəcəsində 50-yə yaxın idmançı qüvvəsini sınayıb. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birinciliyin yekun nəticəsinə əsasən Tural Kərimsoy, Əli Məmmədov, Zülfü Tağıyev, Ayxan Heydərov, Murad Abbaszadə, Nicat İsmayılov, Kənan Cəfərli, Nizami Novruzov, Ələsgər Ələkbərov, Hüseyn Hüseynov, Murad Rəhimov, Həsən Hüseynov, Ayxan Süleymanov, Nadir Cəfərov, Nəriman Nağıyev, Kamran Allahverdiyev, Pərvin Sadiqov və Həsən Babayev öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılara diplomlar təqdim olunub.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.