Ümumdünya Şahmat Olimpiadasında dörddəbir final oyunlarına yekun vurlub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu mərhələdə Polşa yığması ilə qarşılaşan Azərbaycan komandası məğlub olaraq Olimpiadada çıxışını dayandırıb.
Digər oyunlara gəldikdə, Ermənistan Hindistan, Macarıstan Rusiya, Ukrayna ABŞ komandalarına məğlub olublar. Yarımfinalda Polşa Hindistan yığması, Rusiya isə ABŞ komandası ilə görüşəcək.