Avqustun 30-da Ümumdünya Şahmat Olimpiadasının final oyunları start götürəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həlledici mərhələdə Rusiya Hindistanla mübarizə aparacaq. Hər iki komandanın şansları bərabər qiymətləndirilir. Rusiya komandası son dəfə 2002-ci ildə qızıl medal qazanıb. Ötən olimpiadalarda Rusiya şahmatçıları gümüş və bürünc medallarla kifayətləniblər. Hindistan komandasının isə ən yaxşı nəticəsi 3-cü yer olub.
Qeyd edək ki, Azərbaycan komandası dörddəbir final oyunlarında Polşa komandasına məğlub olaraq olimpiadada çıxışını dayandırıb.