Azərbaycan triatlonçuları nüfuzlu “Triatman İron” turnirində uğurla çıxış ediblər - FOTOLAR
Triatlon üzrə Azərbaycan millisi koronavirus pandemiyası ilə bağlı məcburi fasilədən sonra növbəti yarışda gücünü sınayıb.
Azərbaycan Triatlon Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, yığmamızın üzvləri Rostislav Pevtsov və Kseniya Levkovskaya Kiyevdə keçirilən nüfuzlu “Triatman İron” turnirində çıxış ediblər.
Təmsilçilərimiz 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiqment və 21,1 kilometr qaçışın daxil edildiyi bütün məsafəni uğurla keçiblər.
Bütün rəqiblərini qabaqlayan Azərbaycan təmsilçiləri yarışın qalibi olublar.
Qeyd edək ki, bir müddət əvvəl R.Pevtsov açıq Ukrayna çempionatında qızıl medal qazanmışdı.