“Qalatasaray”ın müdafiəçisi Markao karyerasını İngiltərədə davam etdirə bilər

A- A A+

Türkiyənin “Qalatasaray” futbol klubunun müdafiəçisi Markao karyerasını İngiltərədə davam etdirə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 24 yaşlı braziliyalı futbolçu ilə “Nyukasl Yunayted” danışıqlara başlayıb. Klubun sambaçı ilə transfer məsələlərində hərtərəfli razılaşdığı və təqdimatın 24 saat içində dəqiqləşəcəyi bildirilib.

Qeyd edək ki, Markao Teyşeyra “sarı qırmızılar”a mövsümün əvvəlində Portuqaliyanın ikinci liqa təmsilçisi “Şaveş”dən transfer olmuşdu. Oyunçu “Qalatasaray”da 38 oyunda forma geyinib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: