İstanbulun “Beşiktaş” klubu hücum xəttində olan problemləri tezliklə aradan qaldırmaq niyyətindədir. Komanda həmin cinah üçün 2 futbolçu ilə danışıqlara başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İstanbul təmsilçisi əvvəlcə müqavilə ilə Madrid “Atletiko”suna məxsus olan, lakin İtaliyanın “Roma” klubunda icarə əsasında çıxış edən Nikola Kaliniç ilə razılaşmağa çalışır. Klubun növbəti hədəfi isə “Portu”nun üzvü Ze Luişdir. Hər iki futbolçu ilə anlaşmanın təfərrüatları barədə yaxın günlərdə məlumat veriləcək.