Fransanın “Paris Sen-Jermen” klubunun hücumçusu Neymar “Nike” şirkəti ilə 15 illik əməkdaşlığa son qoyub.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, razılaşmanın pozulmasının təfərrüatları bəlli deyil.
İyirmi səkkiz yaşlı braziliyalı futbolçu 2011-ci ildə şirkətlə 105 milyon dollarlıq yeni müqavilə imzalamışdı. Tərəflərin əməkdaşlığı 2022-ci ilə qədər nəzərdə tutulsa da, vaxtından əvvəl başa çatıb.
Neymarın “Puma” markası ilə əməkdaşlığa başladığı iddia olunur.