"Qalatasaray"dan paylaşım: "AzərbayCANda görüşərik"

A- A A+

Türkiyənin "Qalatasaray" klubu Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Neftçi"yə cavab verib. 

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, İstanbul təmsilçisi rəsmi "Twitter" hesabından Azərbaycan dilində paylaşım edib.

"Sarı-qırmızılar" "AzərbayCANda görüşərik. Yaxşı oynayan qalib gəlsin" yazıb. 

"Neftçi" daha əvvəl "Twitter"də "Sizi gözləyirik, "Qalatasaray", We are waiting for you, "Qalatasaray" paylaşımını etmişdi. 

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: