“Neftçi”nin rəqibi “Qalatasaray”ı yaxından tanıyaq

A- A A+

“Qalatasaray” – Türkiyənin 4 ən böyük futbol klubundan biridir. Ölkəmizdə də çoxlu sayda azarkeşi olan İstanbul təmsilçisi 1905-ci ildə yaradılıb. Klubun hazırkı prezidenti Mustafa Cengiz, baş məşqçisi Fatih Terimdir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komanda ev oyunlarını 52 min 652 tamaşaçı tutumuna malik olan “Türk Telekom Arena”da keçirir.

İyirmi iki dəfə Türkiyə çempionatının, 18 dəfə ölkə kubokunun, 16 dəfə isə Superkubokun qalibi olan İstanbul təmsilçisi 2000-ci ildə UEFA Kubokuna, ardınca UEFA Superkubokuna sahib çıxıb.

“Qalatasaray” 2019/2020-ci il mövsümünü 6-cı yerdə başa vurub. Lakin vitse-çempion və ölkə kubokunun qalibi “Trabzonspor” maliyyə borclarına görə avrokuboklardan uzaqlaşdırıldığı üçün Super Liqanı 5-ci pillədə bitirən “Alanyaspor” avrokuboklara vəsiqəni kubokun finalçısı kimi əldə edib. Buna görə də 6-cı yerin sahibi “cim-bom” da Türkiyəni qitə miqyaslı turnirdə təmsil etmək hüququ qazanıb.

“Neftçi” indiyədək "Qalatasaray”la iki dəfə qarşılaşıb. Hər iki matç yoldaşlıq oyunu olub. 1960-cı ildə Bakıda reallaşan görüşdə komandamız 3:1 hesabı ilə qalib gəlib. 1990-cı ildə Türkiyədə keçirilən oyunda isə heç-heçə qeydə alınıb – 2:2.

Avqustun 31-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkə əsasən, “Neftçi” komandası II təsnifat mərhələsində “Qalatasaray” ilə üz-üzə gələcək.

“Neftçi” I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkupi”ni mübarizədən kənarlaşdırmışdı - 2:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: