2021-ci il yanvarın 21-31-də İsveçrənin Lyutsern şəhərində keçirilməsi planlaşdırılan Ümumdünya Qış Universiadası koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) mətbuat xidməti məlumat yayıb.
Yaxın iki ayda universiadanın təşkili ilə bağlı yeni tarixlər müzakirə ediləcək. Qeyd olunur ki, turnirin təxirə salınmasına səbəb bir çox ölkələrin milli komandalarının İsveçrəyə gedə bilməməsi olub.