UEFA Avropa Liqasının III təsnifat mərhələsinin sentyabrın 1-də keçiriləcək püşkatma mərasimindən əvvəl səbətlərə bölgüdə qruplaşma aparıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, II təsnifat mərhələsində Bakının “Neftçi” və Türkiyənin “Qalatasaray” komandaları arasında təşkil olunacaq görüşün qalibi daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətinə düşüb. Cütün qalibinin potensial rəqibləri isə “Sönderyüske” (Danimarka), B36 (Torshavn, Farer adaları) - TNS (Uels), “Renova” (Şimali Makedoniya) – “Hayduk” (Split, Xorvatiya) və “Olimpiya” (Lyublyana, Sloveniya) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi olacaq.
Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi saat 15:00-da başlayacaq.