Naxçıvan Futbol Federasiyasının təlim-məşq kompleksinin inşasına başlanılıb - FOTOLAR

A- A A+

Uzunoba gölünün ətrafındakı ərazidə Naxçıvan Futbol Federasiyasının təlim-məşq kompleksinin ilkin inşaat işlərinə start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kompleksin tikintisi üçün, ilk növbədə, relyefin hamarlanması işlərinə başlanılıb. Paralel olaraq kanalizasiya xətlərinin çəkilməsi, kompleksə daxil olan tikililərin təməlinin qazılması və digər işlər görülür.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası inşaat işlərinin gedişinə nəzarət edir.

Qeyd edək ki, federasiyanın təlim-məşq kompleksinin ərazisinə iki tribunadan ibarət süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış mini-futbol meydançaları, iki tribunalıq çimərlik futbolu stadionu və inzibati bina daxildir. Eyni zamanda, tribunaların daxilində paltardəyişmə, hakim və həkim otaqları da olacaq.

Tikinti işlərinin növbəti ilin əvvəllərində yekunlaşdırılması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: