Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Lüksemburq oyununun hakimləri müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kris Kavanaq olacaq. Ona Daniel Riçard Kuk və Sian Massey kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pol Tirni yerinə yetirəcək.
Qarşılaşmanın hakim-inspektoru Stefano Podeski (San-Marino), UEFA nümayəndəsi isə türkiyəli Metin Kazancıoğlu olacaq.
Azərbaycan-Lüksemburq oyunu sentyabrın 5-də saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.