Avqustun 3-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci il mövsümünə start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk oyun günündə A,B,C və D liqalarında 10 qarşılaşma keçirilib.
B liqasının 3-cu qrupunda yer alan Türkiyə millisi öz meydanında Macarıstan komandasını qəbul edib.
Görüş qonaqların minimal hesabla qələbəsi ilə başa çatıb.
Digər maraq doğuran görüş A Liqasının 4-cü qrupunda baş tutub. İki iddialı komandalar - Almaniya və İspaniya seçmələri qarşılaşıb.
Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.
Almanların heyətində Timo Verner, ispanların isə Xose-Luis Qaya fərqləniblər.
Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
A Liqası (4-cü qrup)
Ukrayna – İsveçrə - 2:1.
B Liqası (3-cü qrup)
Rusiya - Serbiya - 3:1.
B Liqası (4-cü qrup)
Bolqarıstan - İrlandiya - 1:1;
Finlandiya - Uels - 0:1.
C Liqası (3-cü qrup)
Moldova – Kosovo - 1:1;
Sloveniya – Yunanıstan - 0:0.
D Liqası (1-ci qrup)
Farer adaları - Malta - 3:2;
Latviya - Andorra - 0:0.
Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı oyunla start verəcək.