İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Fransa oyununun hakimləri açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Halis Özkahya olacaq. Ona Kerem Ersoy və Serkan Olguncan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirəcək.
Matçın hakim-inspektoru rumıniyalı Augustus Konstantin olacaq.
Azərbaycan-Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.