“Qalatasaray” Super Liqanın debütantı ilə bacarmayıb

A- A A+

Bakının “Neftçi” futbol klubunun UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan Türkiyənin “Qalatasaray” komandası yoxlama oyunu keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İstanbul təmsilçisi Super Liqanın debütantı “Hatayspor”la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1. “Qalatasaray”ın heyətində matçın 32-ci dəqiqəsində Arda Turan fərqlənib.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Bakı təmsilçisi birinci təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” komandasını 2:1 hesabı ilə məğlub edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: