Millətlər Liqasının birinci turunun növbəti oyunları keçirilib

A- A A+

Sentyabrın 5-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün birinci turunun növbəti oyunları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun üçüncü oyun günündə 9 qarşılaşma oynanılıb.

C liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi turnirdə mübarizəyə məğlubiyyətlə başlayıb. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsinə 1:2 hesabı ilə məğlub olub.

Bu qrupun digər oyununda Kipr millisi öz meydanında Monteneqro yığmasına 0:2 hesabı ilə məğlub olub.

A Liqasının 2-ci qrupunda İngiltərə səfərdə İslandiyanı minimal hesabla enib - 1:0. Danimarka seçməsi isə evdə Belçika komandasına uduzub – 0:2.

Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
A liqası (3-cü qrup)
Portuqaliya - Xorvatiya - 4:1;
İsveç - Fransa - 0:1.

C liqası (2-ci qrup)
Şimali Makedoniya – Ermənistan - 2:1;
Estoniya – Gürcüstan - 0:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: