“Neftçi”–“Qalatasaray” oyununu şotlandiyalı hakimlər briqadası idarə edəcək

A- A A+

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi”–“Qalatasaray” matçının hakim təyinatları açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Kevin Klensi olacaq. Ona Devid Makqişi və Qrimi Stüart kömək edəcəklər. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi Svetlana Şkil (Ukrayna), hakim-inspektoru isə Sokol Jaresi (Albaniya) olacaq.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: