Sentyabrın 8-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turu çərçivəsində Portuqaliya millisi səfərdə İsveç seçməsini 2:0 hesabı ilə məğlub edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oyunda hər iki qolun müəllifi olan Kriştiano Ronaldo Portuqaliya millisinin heyətində 100-cü qolunu vurub.
Bu nəticəyə əsasən Ronaldo milli komandaların heyətində ən çox qol vuran (109 qol) iranlı Əli Daye arasında fərqi azaldıb.