Naxçıvanda “Könüllülük: tarix və müasirlik” mövzusunda yaradıcılıq müsabiqəsi elan olundu

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müsabiqə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi münasibətilə keçiriləcək.

Müsabiqənin keçirilməsində məqsəd könüllülük fəaliyyətinin tarixinə nəzər salmaq, Naxçıvan könüllülərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmaq, könüllülüyün günümüzdəki inkişafını müxtəlif materiallarla təqdim etmək, könüllülük hərəkatının təbliğatını aparmaqla gəncləri könüllü olmağa həvəsləndirmək, könüllü gənclərin fəaliyyətini stimullaşdırmaq, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaqdır.

Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:

– qəzet məqaləsi;

 – teleradio materialları;

 – ədəbi yaradıcılıq (şeir, nəsr və sair);

 – rəsm əsəri.

Müsabiqə 2020-ci il sentyabr ayının 10-dan noyabr ayının 30-dək keçiriləcək və yaradıcılıq qabiliyyəti olan 16-29 yaş arası gənclər müsabiqədə iştirak edə bilər.

Yaradıcılıq müsabiqəsində iştirak etmək istəyənlər hazırladıqları işləri 2020-ci il noyabrın 30-dək şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fonduna təqdim etməlidirlər.

Qeyd edək ki, qaliblər 2020-ci ilin dekabr ayında “5 dekabr – Beynəlxalq Könüllülər Günü” münasibətilə təşkil olunacaq tədbirdə elan olunacaq. Müsabiqənin şərtlərinə əsasən

 Birinci yer (1 nəfər) – 300 manat

İkinci yer (1 nəfər) – 200 manat

Üçüncü yer (2 nəfər) – 100 manat

Həvəsləndirici yer (2 nəfər) – qiymətli hədiyyələrlə mükafatlanırılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: