Şərur rayonundakı Ağır Atletika Bölməsinin yetirmələri yeniyetmələr arasında birinci yerə layiq görülüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 7-8 iyul 2018-ci il tarixlərdə Xırdalan şəhərində yerləşən "Zirvə" Klubunda ağır atletika üzrə Azərbaycan çempionatının seçmə yarışı keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən Ağır Atletika bölməsinin yetirmələri Babayev Həsən Elməddin oğlu və Əliyeva Gülcahan Malik qızı da yarışda iştirak ediblər.
11 yaş qrupunda Babayev Həsən 50 kq çəki dərəcəsində birbaşa qaldırmada 48 kq, təkanla qaldırmada isə 60 kq qaldıraraq öz çəki dərəcəsində I yerə layiq görülüb. 14 yaş qrupunda Əliyeva Gülcahan 48 kq çəki dərəcəsində birbaşa qaldırmada 31 kq, təkanla qaldırmada isə 42 kq qaldıraraq I yerə layiq görülüb. Qaliblərə təşkilatçıların diplom və medalları təqdim olunub.
Qeyd edək ki, hər iki idmançımızın məşqçisi Şərur rayonunda fəaliyyət göstərən Ağır Atletika bölməsinin baş məşqçisi Şəfi Hüseynovdur.