Türkiyə Superliqası: “Fənərbağça” yeni mövsümə qələbə ilə başlayıb

A- A A+

Sentyabrın 11-də futbol üzrə Türkiyə çempionatının 2020-2021-ci il mövsümünə start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni mövsümə “Rizəspor”- “Fənərbağça” matçı ilə start verilib. “Çaykur Dide” stadionunda keçirilən görüşdə ilk qolu meydan sahibləri vurublar. Qarşılaşmanın 59-cu dəqiqəsində Rizə təmsilçisinin hücumçusu Milan Skoda hesabı açıb. Lakin istanbullular matçın 76 və 87-ci dəqiqələrində fərqlənərək komandalarının qələbəsini rəsmiləşdiriblər. “Fənərbağça”nın qollarını Gökhan Gönül və Jose Soza vurublar.

Beləliklə, “Fənərbağça” Türkiyə çempionatının birinci turunda qələbə qazanıb.

Yeni mövsümdə Superliqada 21 komanda yarışacaq. Birinci turda “Konyaspor” istirahət edir.

Turun digər oyunları aşağıdakılardır:

“Fatih Karagümrük”–“Yeni Malatyaspor”

“Sivasspor”-“Alanyaspor”

“Qalatasaray”–“Qaziantep”

“Göztəpə”–“Dənizlispor”

“Ankaragücü”-“Ərzurumspor”

“Kayserispor”-“Kasımpaşa”

“Antalyaspor”-“Gənclərbirliyi”

“Trabzonspor”–“Beşiktaş”

“Hatayspor”–“Başakşəhər”.

Qeyd edək ki, ötən mövsüm Türkiyə çempionatının qalibi “Başakşəhər” olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: