Fransanın “Paris Sen-Jermen” futbol klubu heyətinə yeni müdafiəçi cəlb edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Paris təmsilçisi İtaliyanın “Roma” komandasının müdafiəçisi Alessandro Florenzini 2020-2021-ci il mövsümünün sonunadək icarəyə götürüb. “Paris Sen-Jermen”in 29 yaşlı oyunçu üçün 500 min avro icarə haqqı ödəyib. Klub mövsümün sonunda 9 milyon avro ödəyərək italiyalı futbolçunu birdəfəlik almaq hüququna malikdir.
Qeyd edək ki, Florenzi yeni klubunda 24 nömrəli formanı geyinəcək.