“Gələcək üçün təmizlə” devizi altında təmizlik aksiyası keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvançay vadisində “Gələcək üçün təmizlə” devizi altında təmizlik aksiyası keçirilib. Aksiya Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən əvvəl çıxış edənlər keçirilən təmizlik  aksiyası barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, belə aksiyaların keçirilməsində məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq və gəncləri ətraf mühitin mühafizəsi uğrunda təşəbbüslərə cəlb etməkdir.

Sonra təmizlik aksiyasına start verilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan iştirakçılar tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-səhman yaradıblar.

Bu cür aksiyaların keçirilməsi bundan sonra da davam etdiriləcək.

Sadiq Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: