Naomi Osaka karyerasında ikinci dəfə “US Open” turnirin qalibi olub

A- A A+

Sentyabrın 12-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) qadınlar arasında final görüşü keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümumi mükafat fondu 54,4 milyon dollar olan turnirin həlledici görüşündə Yaponiya tennisçisi Naomi Osaka və belaruslu Viktoriya Azarenko üz-üzə gəlib.

Görüş yaponiyalı idmançının qələbəsi ilə başa çatıb - 1:6, 6:3, 6:3.

İyirmi iki yaşlı tennisçi karyerasında ikinci dəfə “US Open” turnirinin qalibi adını qazanıb.

O, sonuncu dəfə 2018-ci ildə bu titula yiyələnib.

Bu titulun son qalibi kanadalı tennisçi Byanka Andresku olub.

Qeyd edək ki, yarımfinal mərhələsində Naomi ABŞ idmançısı Jennifer Bredini (6:7, 6:3, 3:6), Viktoriya Azarenko isə turnirin altıqat qalibi Serena Vilyamsı (6:7, 6:3, 3:6) məğlub edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: