İstanbulun “Qalatasaray” futbol klubunun üzvlərinin Bakıya gələcəyi vaxt müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qalatasaray”-“Neftçi” matçı üçün Türkiyə təmsilçisinin səfər proqramı müəyyənləşib. Belə ki, komanda sentyabrın 16-da Bakıya gələcək.
Bu barədə “Qalatasaray” klubunun vitse-prezidenti Abdurrahim Albayrak “Qaziantep” komandası ilə matçdan sonra məlumat verib: “Çərşənbə günü “Neftçi” ilə oyun üçün Bakıya gedəcəyik. Yaxşı nəticə ilə Türkiyəyə qayıtmağı arzu edir və bunu gözləyirəm”.